Parker Solar Probe zondu Günəş atmosferini öyrənəcək

Parker Solar Probe zondu Günəş atmosferini öyrənəcək
14 Avq 2018 10:40

ABŞ Kosmik Agentliyi (NASA) Günəş atmosferinin tədqiqi üzrə missiya üçün “Parker Solar Probe” kosmik zondunu ikinci cəhddə Kanaveral kosmodromundan buraxılışını həyata keçirib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv www.naukatv.ru” resursuna istinadən yazır ki, zondun buraxılışı əvvəlcə iyulun 31-nə planlaşdırılsa da, çoxlu texniki problemlərə görə bir neçə dəfə təxirə salınıb. Avqustun 11-də aparatın buraxılışı üçün ilk cəhd edilib, lakin starta 2 dəqiqə qalmış helium təzyiq cihazlarının işinin pozulması haqqında xəbərdarlıq işə düşüb. Bazar günü raketin uğurlu buraxılışı həyata keçirilib.
 
“Parker Solar Probe” kosmik zondu Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulub. Aparatın Günəşə 6,1 milyon km məsafədə yaxınlaşacağı planlaşdırılır. “NASA” mütəxəssislərinin sözlərinə görə, zond Günəş haləsinin Selsi üzrə 2 milyon dərəcə təşkil edən temperaturuna dözümlü olacaq.   

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.