Android sisteminin idarəetməsi altında işləyən ən təhlükəli smartfonlar bəlli olub

Android sisteminin idarəetməsi altında işləyən ən təhlükəli smartfonlar bəlli olub
14 Avq 2018 15:18

"LG", "Asus", "Essential", "ZTE", "Sony" və başqa şirkətlər tərəfindən istehsal edilmiş və "Android" sisteminin idarəetməsi altında işləyən onlarla populyar smartfona quraşdırılmış daxili proqram təminatı və mobil tətbiqlərdə öncədən kritik boşluqlar olduğu aşkar edilib. "Kryptowire"nin kibertəhlükəsizlik üzrə mütəxəssislərinin araşdırmasına görə, yalnız ucuz qurğular deyil, həm də "LG G6", "Nokia 6", "ASUS ZenFone 3 Max" və "Sony Xperia L1" kimi aparatlarda boşluqlar qeydə alınıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, istehsalçıların səhvi ucbatından "Android" sistemi ilə işləyən smartfonlar müxtəlif hücumlara məruz qala bilər: ekran görüntüsünün əldə edilməsi, klavişlərə sıxılmanın, aparatda "root" girişin ələ keçirilməsi. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin maliyyə yardımı ilə hazırlanmış hesabat Las-Veqasda keçirilmiş "Black Hat" adlı konfransda müzakirə edilib.
 
Boşluqların mövcudluğu "Android" sisteminin açıq olması ilə izah edilir, nəticədə üçüncü şəxslər kodu, sistemin davranışını dəyişdirə və hətta ƏS-nin ayrı-ayrı versiyalarını hazırlaya bilərlər. Bunun nəticəsində smartfonlara öncədən quraşdırılan daxili proqram təminatı və mobil tətbiqlərdə kritik səhvlər buraxıla bilər.
 

Realpress.az

18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.