Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi

Altı ildən sonra azarkeşlərə stadionda matç izləməyə icazə verildi
15 Avq 2018 09:35


Misirli futbol azarkeşləri 2012-ci il sentyabrın 1-dən sonra ilk dəfə matçlara stadionlarda baxa biləcəklər.

Realpress.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə açıqlama verən Misirin gənclər və idman naziri Əşrəf Sobhi bu qərarın ölkənin Nazirlər Sovetinin təsdiqindən sonra qəbul edildiyini deyib.

Nazir bildirib ki, misirli azarkeşlərin tribunalara qayıtması məsələsi ölkənin Futbol Assosiasiyası və klubların təmsilçiləri ilə razılaşdırılıb. İlk mərhələdə stadionlara beş minə qədər adam buraxılacaq.

Qeyd etmək lazımdır ki, 2012-ci ilin fevralında Port-Səid şəhərindəki stadionda faciəli insidentdən sonra Misirdə stadionlara giriş qadağan olunub.

Həmin vaxt ev sahibi “Əl-Məsri” və Qahirənin “Əl-Əhli” klubları arasında keçirilən matç zamanı tribunalarda baş vermiş kütləvi dava və basabas nəticəsində 70 azarkeş həyatını itirmişdi.


23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.

23 Apr 2024
İdman

Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu

Azərbaycanın üç boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatının beşinci günündə çıxışını qələbə ilə başa vurub.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatının ikinci günündə gümüş medal qazanıb.

23 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi - VİDEO

Azərbaycan boksçusu Anaxanım İsmayılova Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

22 Apr 2024
İdman

Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub - FOTO

Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.