Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib: Ölmək istəmirəm. Çox qorxuram... - FOTO

Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib: Ölmək istəmirəm. Çox qorxuram... - FOTO
15 Avq 2018 12:18

Tanınmış jurnalist Səbuhi Məmmədli intihara cəhd edib.

Realpress.az xəbər verir ki, jurnalist ötən gecə sosial şəbəkədə intihar anonsu verib. 

O, əvvəlcə çətin anlar yaşadığını qeyd edib: "Bu və digər səbəblərdən həyatımın ən gərgin günlərini yaşayıram. Səhhətim, əsəblərim yerində deyil".

Bu statusun üstündən qısa müddət keçdikdən sonra ölmək istəmədiyini yazıb: "Ölmək istəmirəm. Çox qorxuram... Bu nə səhvlərdir, mən buraxdım... Bitsin!"

Sonuncu statusunda Biləcəri dəmir yolu körpüsününün üstündə həyata keçirəcəyi intihar şousuna dəvət edib: 

"Bəsdir, bəsdir, bəsdir. Kimin həvəsi varsa, gəlsin. Biləcəri dəmir yolu körpüsünün üstünə. Aşağıda yüksək elekrik naqilləri var. Sizə reailiti şou göstərərəcəm. Şəhərcikdən çıxdım, gəlin. Bəlkə elə yolda başqa şou da oldu. Həyat, sənin var-yoxunu..."

S.Məmmədlinin bu statuslarına görən dostları ona bu fikrindən daşındırmağa cəhd ediblər. Yaxın dostları isə onunla əlaqə saxlamağa çalışıblar.

Yaxınlarının bildirdiyinə görə, Səbuhi Rəhimli təcili tibbi yardımla xəstəxanaya aparılıb. Daha sonra isə Semaşko xəstəxanasının (1 saylı Şəhər Klinik Xəstəxanası) reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Səbuhi Məmmədlinin sonuncu iş yerindən mart ayında ayrılıb. O, “APA holdinq” şirkətinin tərkibindəki Lent.az saytının redaktoru idi. 


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.