Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, professor Zeynep Çelik-Batlerin rəhbərliyi altında Texas universitetinin alimlərdən ibarət komandası tərəfindən hazırlanmış "ağıllı" dərinin tərkibinə 0,2 mkm (müqayisə üçün, insan saçının qalınlığı 40-50 mikron təşkil edir) qalınlığında sink oksidin (ZnO) nanoobyektlərindən düzəldilmiş milyonlarla kiçikölçülü elastik datçik daxildir. Bu halda hər bir sensor avtonom şəkildə (kənar enerji tələb etmir) işləyir.
Nəticədə süni dəri zəif toxunuşa, həmçinin temperatur dəyişikliklərinə çox həssas reaksiya verir ki, bu da yenilikdən avtomatlaşdırılmış tutma mexanizmləri, protez və yığcam sensor qurğuların istehsalında istifadə etməyə imkan verəcək.
Realpress.az
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.