Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm

Səməd dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm
15 Avq 2018 15:15

Rejissor Nail Naiboğlunun "Stop" layihəsinin növbəti qonağı Sevda Əliqızı olub.

Realpress.az axşam.az-a istinadən bildirir ki, ifaçı keçmiş duet ortağı xalq artisti Səməd Səmədovdan gileylənib. O bildirib ki, Səmədə görə müğənni Bəsti Sevdiyeva ilə münasibətləri korlanıb:

"Rühəngiz Allahverdiyeva Səmədlə ayrılandan sonra Bəsti gəldi. Oldular düşmən. Mən gələndən sonra isə Bəsti mədən üz çevirdi, qısqanclıq yarandı. Səmədlə başqa bir münasibətimiz oldu və ayrıldıq. 15 il birlikdə nə qədər iş gördük. Səməd haqqımda dedi ki, Sevda yaşlanıb, cavan adam istəyirəm. Bu da aramızda qalmaqal yaratdı. Daha sonra isə mənə xəbər göndərdi ki, otursun evdə, ona pul göndərərəm. Mən qocayam, dilənçiyəm, pensiyaya çıxmışam, nəyəm? Çox əsəbi oldum, səhəri yazdım ki, hər  ay gətir min manat ver. Başladılar hər yerə yaydılar ki, Sevda reketdir".

Sevda efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb:

"Mən də istəyirəm tez-tez efirə çıxım. Bir neçə dəfə özüm müraciət etmişəm. Deyiblər, çağiracağıq, amma etməyiblər. İkinci dəfə zəng vuranda deyiblər ki, pul ödəməlisən. Axı mən efirə dünən çıxmamışam, 38 ildir səhnədəyəm".


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.