Ərdoğanın baş sözçüsü:Azərbaycan bütün çətin dövrlərdə yanımızda olub

Ərdoğanın baş sözçüsü:Azərbaycan bütün çətin dövrlərdə yanımızda olub
15 Avq 2018 16:21

"Qardaş Azərbaycan dövləti Türkiyənin bütün çətin dövrlərində olduğu kimi, bu dəfə də yanımızda olduğunu nümayiş etdirdi. Türkiyə xalqı Azərbaycanın bu yaxşılığını heç zaman unutmayacaq".

Realpress.az istinadla bildirir ki,bu fikirləri "Ölkə.Az"a açıqlamasında Türkiyə prezidentinin baş sözçüsü, sabiq deputat Mehmet Akarca Türkiyədə dolların bahalaşması ilə əlaqədar Azərbaycandan bu ölkəyə göstərilən dəstəyə münasibət bildirərkən deyib. 

M.Akarca bildirib ki, ötən gün Bakıda Azərbaycan əhalisi tərəfindən dolların bahalaşmasına etiraz olaraq keçirilən aksiya Türkiyədə böyük rəğbətlə qarşılanıb:

"Bu cür hərəkətlər Türkiyə vətəndaşları tərəfindən sevilərək qarşılanır. Yəni, biz Azərbaycan xalqını özümüzdən ayıra bilmirik. Azərbaycanda da ən kiçik problem yaranarsa, Türkiyə xalqı dərhal ona reaksiya verir. Bu, Azərbaycan və Türkiyə xalqları arasında qarşılıqlı hisslərdir. Necə ki, Azərbaycanın bizə ürəyi yanırsa, eyni zamanda Türkiyənin də Azərbaycan xalqına ürəyi yanır. Biz o qədər bir-birimizə yaxınıq ki, Türkiyə də Azərbaycan deməkdir. Azərbaycan da Türkiyə deməkdir. Biz bu cür düşüncəyə sahib xalqlarıq".

Ərdoğanın Baş sözüçüsü Türkiyədə dolları süni bahalaşdıran qüvvələrə də səslənib:

"Bu gün Türkiyə güclü və dünyada söz sahibi olan dövlətə çevrilib. Bunu bütün dünya ölkələri kimi, ABŞ da artıq qəbul etməlidir. Yaxın keçmişdə ABŞ, Rusiya və digər bir sıra dövlətlər bu cür süni böhranlar yaratmaqla Türkiyəni özlərindən asılı vəziyyətə salacaqlarını düşünüblər. Bəzən buna nail də ola bilirdilər. Ancaq qütbləşən dünyada bütün ölkələr artıq öz maraqları çərçivəsində hərəkət edirlər. Türkiyədə cənab Rəcəb Tayyib Ərdoğan iqtidara gələndən sonra tamamilə müstəqil siyasət yürüdülməyə başladı. Artıq Türkiyə keçmişdəki kimi deyil, hər bir ölkə ilə bərabərhüquqlu dövlət siyasəti yürütməyə qərar verdi. Təbii ki, bu cür məsələlər bəzi dövlətləri, o cümlədən ABŞ-ı narahat edir. ABŞ hələ də Türkiyənin müstəqil siyasət yürüdən dövlət olmasını həzm etmək istəmir. Türkiyənin müstəqil siyasət yürütməsinə əngəl olmaq üçün dollar və digər bu kimi süni böhranlar yaradırlar. Bu cür yollarla Türkiyəyə təzyiq göstərirlər. Qərb dövlətləri Türkiyəyə təzyiq etmək üçün terrorçulardan belə çox rahat istifadə edirlər. Biz bunun real nümunəsini 2016-cı ilin 15 iyul gecəsi yaşadıq. Həmin günü zorla Türkiyədə xalqın iradəsinə qarşı çıxmaq istəyən qüvvələr vardı. Bu gün həmin qüvvələrin başında dayanan terrorçu ABŞ tərəfindən himayə olunur. Türkiyəni Suriya və İraq kimi xaos vəziyyətində görmək istəyirlər. Amma onlar buna nail ola bilməyəcəklər".

M.Akarca qeyd edib ki, bu cür təzyiqlərlə Türkiyəni yolundan geri döndərə bilməzlər:

"ABŞ prezidenti Donald Trampın dünya çapında yürütdüyü siyasət artıq Avropanı da narahat edir. Ona görə də Avropa dövlətləri Trampın çağırışlarına və siyasətinə ciddi dəstək vermirlər. Tramp ABŞ-a da böyük zərərlər vurur. Bütün dünyanı ABŞ-a düşmən edib. Düşünürəm ki, Trampın bu cür ağılsız siyasətini digər dövlətlər də yaxşı anlayırlar".

Sabiq deputat əlavə edib ki, Türkiyə də ABŞ-ın təzyiqlərinə cavab olaraq sanksiyalar tətbiq edəcək:

"Artıq Türkiyədə ABŞ istehsalı olan bütün məhsullara əlavə vergilər tətbiq olunmağa başlayacaq. Yəni, ABŞ Türkiyəyə qarşı hansı addımları atacaqsa, oxşar qarşılığını da görəcək. Türkiyəni bu cür təzyiqlərlə qorxutmaq mümkün deyil".


28 Mar 2024
Siyasət

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Matamela Siril Ramafoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. 

28 Mar 2024
Siyasət

Azərbaycandakı valyuta hərraclarındakı satış 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 1 milyard 835,8 milyon ABŞ dolları məbləğində satış olub.

28 Mar 2024
Siyasət

Azərbaycan Kuboku: “Sərhədçi” sonuncu yarımfinalçı oldu - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda son iki oyun keçirilib.

27 Mar 2024
Siyasət

Bakıda 18 dərəcə isti, dağlarda 7 dərəcə şaxta olacaq - Sabahın HAVA PROQNOZU

Martın 28-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

27 Mar 2024
Siyasət

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİB + FOTO/VİDEO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksində 134 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.