17 yaşlı transseksual Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirdi - FOTO

17 yaşlı transseksual Kim Kardaşyana bənzəmək üçün əməliyyat etdirdi - FOTO
16 Avq 2018 10:44

İngiltərənin Middlesbroug bölgəsində yaşıyan 17 yaşındakı Kairah Kelly özünü Kim Kardaşyana bənzətmək üçün 2 ildə 15 min funt sterlinqdən çox pul xərcləyib. 
Kairah transseksualdır. Kimə bənzəmək qərarı verəndə isə görünüşü oğlana bənzəyirmiş. Evin içində hər zaman dodaq boyası çəkib, hündürdaban ayaqqabıda gəzirmiş.
11 yaşına çatanda ailəsi onun biseksual olduğunu düşünüb. 15 yaşında isə Kairah transseksuallarla bağlı video izləyib və ondan sonra öz vəziyyətini anlayıb. 
Ən böyük arzusu Kim Kardaşyan kimi olmaq olub və bunu xəstəxanada işləyən anasına deyib. İlk adını dəyişdirib, sonra saçlarını uzadıb. Daha sonra isə hormonal müalicəyə başlayıb. Beləcə, görünüşü getdikcə qadına bənzəməyə başlayıb. 
2 il ərzində dodaqlarına dolğu etdirib, saçlarına qaynaq düzdürüb, belini incəltmək üçün günlərlə korset taxıb. Sinəsinə isə silikon qoydurub. Bütün bunların çox əziyyətli olduğunu deyən Kelly sonda peşman olmadığını açıqlayıb. O, pulu "Facebook"da məhsulları reklam edərək qazandığını bildirib. 
6 aydan sonra isə o, cinsiyyətini dəyişdirmək üçün bir neçə əməliyyata girəcək.///Axşam.az

Realpress.az


8 May 2023
Şou-biznes

Mustafa Sandal Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək. 

23 May 2022
Şou-biznes

Conni Depp vəkili ilə eşq yaşayır?

Bədən dili üzrə ekspert Cudi Ceyms Conni Depp və vəkili Kamilla Vaskes arasında romantik münasibət olması haqda şayiələrə münasibət bildirib.

23 May 2022
Şou-biznes

Reper Dreyk Formula 1 mərcində 230 min dollar uduzdu

Məşhur kanadalı reper Dreyk İspaniya Qran Prisi başlamazdan əvvəl sosial şəbəkələrdə Formula 1 mərhələsinin nəticəsi ilə bağlı mərc etdiyi skrinşotu paylaşıb.