Bu sızanaqları sıxmayın - İflicə səbəb olur

Bu sızanaqları sıxmayın - İflicə səbəb olur
16 Avq 2018 13:00

Üzününüz göstərilən hissəsində yaranan sızanaqlara toxunmadan öncə bir daha fikirləşməyiniz tövsiyyə olunur.

Realpress.az metbuat.az-a istinadən bildirir ki, dermatoloqlar burun, ağız və gözlər arasındakı yerə "ölüm üçbucağı" adını veririr. Bu hissədə çıxan sızanağı sıxmaq korluq, meningit, hətta iflicə belə səbəb olur. Həkimlər sızanağı sıxdığına görə ölümlə nəticələnən hallarla belə qarşılaşdıqlarını vurğulayırlar.

Nyu-Yorkun Langone Tibb Mərkəzinin dermatoloqu Jeremy Brauer bildirir ki, sızanaqları sıxdığınız zaman əl və havada olan bakteriyalar açıq yaraya daxil olur, bu da ciddi infeksiyalara səbəb ola bilir. Bu da birbaşa beyinlə əlaqədar olduğundan bəzi hallarda ölümə nəticələnən faciələrə gətirib çıxarır.

Mütəxəssislər üzün qeyd olunan hissəsində şişlik yarnarsa, isti kompresdən istifadə etməyi tövsiyyə edirlər.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.