Ölkə əhalisinin 13 faizi pensiyadadır

Ölkə əhalisinin 13 faizi pensiyadadır
16 Avq 2018 14:22


Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun pensiya və müavinətlər üzrə xərcləri artıb. 

Dövlət Statistika Komitəsindən realpress.az-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 milyard 792,8 milyon manat vəsait yönəldilib. 

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7,0 faiz çoxdur. 

Nəzərə alsaq ki, hazırda ölkədə 1 mln. 311 min nəfər (əhalinin sayı 9 mln. 936 min nəfərdir. Bu da 13,4 faizin pensiyaçı olması deməkdir) pensiya, eləcə də, 409,3 min nəfər sosial müavinət alır, cari ildə fondun ayırdığı vəsaitlərin 97,9 faizini pensiya xərcləri təşkil edib.

Qeyd edək ki, bu il ölkə üzrə pensiyaların orta məbləği 219,2 manata yüksəlib. Belə ki, ötən ilin müvafiq dövründə pensiyaların orta məbləği 202,2 manat təşkil edirdi. Beləliklə, cari il üzrə artım 8,4 faiz olub.

Statistika göstərir ki, 2018-ci il üzrə pensiyaların orta aylıq əməkhaqqına nisbəti də artıb. Əgər 2017-ci ilin yanvar-iyun aylarında pensiyaların məbləği orta aylıq əməkhaqqının 38,7 faizinə bərabər idisə, hazırda bu rəqəm 39,6 faiz təşkil edir. 

Xatırladaq ki, pensiyaların maliyyələşdirilməsinə 2018-ci ildə daxili məhsulun 4,9%-i sərf edilməsi nəzərdə tutulub. Həmin göstərici 2010-cu ildə 3,9%, 2011-ci ildə 3,9%, 2012-ci ildə 4,3%, 2013-cü ildə 3,7%, 2014-cü ildə 4,6%, 2015-ci ildə 5,1%, 2016-cı ildə isə 5,0% təşkil edib. 


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.