ATV-də yayımlanan “Qardaşlar” serialının yayımı dayandırılıb.
Serialın baş prodüseri Elməddin Cəfərov məsələ ilə bağlı BAKU.WS-ə özəl açıqlama verib.
E. Cəfərov saytımıza bunları deyib:
""Qardaşlar" serialı yeni mövsümdən yayımlanmayacaq. Reytinqə görə deyil, sadəcə belə məsləhət bilindi. Tamaşaçılar "Bacanaqlar" serialında böyük dəyişikliklər görəcək. Belə ki, Pərvin Abıyeva, Cavidan Novruz və Fidan Axundova ssenariyə görə serialdan ayrılıblar. "Qardaşlar" serialında rol alan əməkdar artist Tünzalə Əliyeva isə yenidən "Qız atası"nda olacaq".
Qeyd edək ki, "Qardaşlar" serialı 2015-ci ilin sentyabr ayından yayımlanır.
Realpress.az
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.