Qardaşına kömək etmək istədi, qətlə yetirildi — TƏFƏRRÜAT - FOTO

Qardaşına kömək etmək istədi, qətlə yetirildi — TƏFƏRRÜAT - FOTO
16 Avq 2018 15:28

Bakıda taksi sürücüsü işləyən 1989-cu il təvəllüdlü Füzuli rayon sakini Qəribov Rauf Məhəbbət oğlunun bıçaqlanaraq qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Realpress.az xəbər verir ki, mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, hadisə avqustun 15-də Nizami rayonu ərazisindəki məcburi köçkünlərin məskunlaşdığı 8 saylı yataqxananın yaxınlığında qeydə alınıb.

Məlumata görə, R.Qəribovun qardaşı 1991-ci il təvəllüdlü Firudin Qəribovun parkda olarkən naməlum şəxslərlə mübahisəsi düşüb. Həmin şəxslər F.Qəribovu döyüb, həmçinin ayaq və üz nahiyəsinə bıçaq xəsarətləri yetiriblər. F.Qəribov hadisə yerində qardaşı Rauf Qəribova zəng vuraraq onu köməyə çağırıb. Taksi fəaliyyəti ilə məşğul olan R.Qəribov hadisə yerinə gələndə, həmin şəxslər onu ürək nahiyəsindən bıçaqlayıb. O, "AzərSuTikinti" xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Firudin Qəribov isə əvvəlcə 3 saylı Şəhər Kliniki Xəstəxanasına, sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Qəribovların yaxınları “Report”a bildiriblər ki, Firudin Qəribov fiziki qüsurludur. F.Qəribov parkda olarkən tanımadığı şəxslər ona söz atıblar: "Mübahisə də buna görə düşüb. Onun özünü yaralayıblar, köməyə gələn qardaşını isə qətlə yetiriblər. Rauf Qəribov ailəlidir, bir oğlu var. Maşın almışdı, taksi fəaliyyəti ilə məşğul idi. Ailələri Füzulidən məcburi köçkün düşüb, ataları da II qrup Qarabağ əlilidir. Sakit ailədirlər”.

Faktla bağlı cinayət işi başlanılıb, qətl törədən şəxslərin axtarışları davam etdirilir.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.