Yadplanetli uşaq dünyaya gətirən qadından dəhşətli etiraf – FOTO

Yadplanetli uşaq dünyaya gətirən qadından dəhşətli etiraf – FOTO
16 Avq 2018 17:20

Amerikada Harper Foy adlı körpə nadir rast gəlinən "Harlequin iktiyozis”, ya da "kloun uşaq” xəstəliyindən əziyyət çəkir. 

Sfera.az xəbər verir ki, uşağın dərisi hər 4 saatdan bir soyulur və 10 dəfə daha sürətlə yenilənir. Həkimlərin bu xəstəliyin onu öldürəcəyini düşünməsinə baxmayaraq, Harper 1 yaşına qədər sağ qalıb. Ancaq kiçik qızın həyatda qalması üçün dərisinin daima hidratlanması lazımdır.
Anadan olandan həkim nəzarətində qalan Harper 1 ay xəstəxanada infeksiyayla mübarizə aparıb. Əvvəllər belə bir xəstəliklə qarşılaşmadığını söyləyən həkimlər xəstəliyə heç bir çarə tapa bilməyib. Buna baxmayaraq, uzun müddətli su vannası müalicəsi ilə sağ qalması mümkündür.
Harperin anası qızının həyatda qalmasını möcüzə olduğunu və xəstəliyi ancaq anadan olanda öyrəndiklərini deyib. Ancie qızı anadan olanda insana bənzəmədiyini də etiraf edib:
"Sanki yadplanetli idi. Ciddi travma yaşadıq, həftələrlə əzab çəkdik. Bir borucuqdan qidalanırdı, infeksiya düşmüşdü və hər an ölə bilərdi. Qızımın böyüməsindən də çox qorxuram. Uşaqlardan fərqli olduğunu görəcək. Hərəkət edərkən problem yaşayacaq. İdman edə bilməyəcək. İndi oturarkən belə çətinlik çəkir. 1 il yeriyə bilməyəcək, bunun üçün fiziki müalicəyə ehtiyacı var”.
Ailəsi 1-ci yaş gününə qədər Harperə xüsusi vanna almaq üçün kömək gözləyir. Mikrosilk vannalarda olan mikro şarlar 70 faiz daha çox oksigen ifraz etdiyi üçün Harperin dərisinin ehtiyacı olduğu hidratı təmin edəcək. Yaponiyadan gətiriləcək vanna üçün 6 min dollar, montajı üçün isə 15 min dollar lazımdır.  /publika.az/

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.