Deputat: Energetik içkilər imkan daxilində qadağan edilməlidir

Deputat: Energetik içkilər imkan daxilində qadağan edilməlidir
16 Avq 2018 17:57


Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsinin tövsiyə olunması çox müsbət və təqdirəlayiq haldır. Hesab edirəm ki, burada, bəlkə, bir qədər gecikilib də. Bu, çoxdan edilməli idi.

Realpress.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev dilə gətirib.

O, hələ bu barədə bir il öncə, parlamentin payız sessiyasının ilk iclasında çıxış etdiyini və təklif irəli sürdüyünü xatırladıb.

“O vaxt da bildirmişdim, indi də belə hesab edirəm ki, energetik içkilərin məhdudlaşdırılması və imkan daxilində qadağan edilməsi lazımdır. Çünki bütün dünya kardioloqları energetik içkilərdən ölüm hallarının artması və insanların çox ağır xəstəliyə düçar olması barədə həyəcan təbili çalırlar.

Çox təəssüf olsun ki, bu içkilər son illərdə Azərbaycanda çox geniş yayılıb. Gənclər, yeniyetmələr, hətta uşaqlar arasında bir buma çevrilib. Bu içkilərin tərkibində kafein, taurin, bir qrup vitaminlər, qlükoza kimi stimullaşdırıcı maddələr var.

Bunların həddindən artıq və dozalaşdırılmadan qəbul edilməsi qəfil ürək tutmalarına, ölümlərə səbəb olur. Bu içkilər yuxu, əsəb pozğunluğu, idarə olunmanın çətinləşməsi və sair problemlər yaradır.

Bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr artıq bu içkilərin satışını qadağan ediblər. Bir çox ölkələr isə bu içkiləri “18+” məhsulları sırasına daxil ediblər və 18 yaşına çatmayan şəxslərə bunların satışı qadağan edilib.

Hesab edirəm ki, bununla bağlı qanunvericiliyimizdə müvafiq dəyişikliklər edilməlidir.

Birinci, onlara aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə “18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.

Lisenziyalaşdırılmış mallar siyahısına daxil olunsun ki, yalnız lisenziya ilə müvafiq mağazalarda satılsın. Bir də bu içkilərin reklamına qadağa qoyulsun.

Məktəblərdə, ümumiyyətlə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına qadağa qoymaq lazımdır”, - deyə millət vəkili əlavə edib.


25 Apr 2024
Siyasət

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB + FOTO

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər.

25 Apr 2024
Siyasət

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.

25 Apr 2024
Siyasət

Mikayıl Cabbarov: “Son 5 ildə özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”

“Azərbaycanda 2019-cu ildən bu günə qədər özəl sektorda 385 mindən çox iş yeri yaradılıb”.

25 Apr 2024
Siyasət

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb.

25 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.