Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR

Şəmkirli avtoritet axtarışa verildi - TƏFƏRRÜATLAR
17 Avq 2018 08:36


Şəmkirli iş adamlarının «Piter savaşı» - müəmmalı qətllər və biznesin sıxılması 

Bir müddət əvvəl saytımızda Şəmkirin meyvə oliqarxlarının Piter savaşı – sifarişli qətl, adam oğurluğu, narkotik alveri şəmkirli iş adamlarının «Piter savaşı» barədə yazmışdıq. Saytımıza qeyd olunan yazı ilə bağlı sensasion hesab oluna biləcək məlumatlar daxil olub. Rusiya hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində Sankt-Peterburqda azərbaycanlı iş adamları incidən, onlara haqq qoyan kriminal dəstənin başçısı axtarışa verilib. Rusiyada kriminal dairələrdə tanınan Məmmədov Sabirin (başqa adı Seyfəddin) quldur dəstəsi hüquq mühafizə orqanları tərəfindən 2015-ci ildə ifşa olunaraq dağıdılıb.

Məmmədov Sabir kimdir?

Başqa adı Seyfəddin olan Məmmədov Sabir Rusiyada kriminal aləmdə kifayət qədər tanınan avtoritetdir. Bu adam ömrü boyu Şimal paytaxtının bazarlarına nəzarət edərək minlərlə azərbaycanlıdan haqq yığan, adı dəfələrlə ölüm işləri, sifarişli qətllər və kriminal dəstələrlə savaşlarda hallanan birisidir. Əslən Şəmkirin Şistəpə kəndindən olan Sabir Piterdə öz həmkəndlilərindən belə haqq yığmaqla hamıda qorxu və nifrət hisləri oyadan biri kimi tanınır. Uzun illər soyuq piştaxtalarda alver edən zavallı azərbaycanlıları guya hüquq mühafizə orqanlarından qoruyur, pul verməyənləri döydürür və ram edir. Ancaq bu sərgüzəştlərin bir sonu olmalı idi və oldu da. 2016-cı ildə quyruğu qapı arasında qalan Sabir Rusiyada etdiyi əməllərinə görə axtarışa verilir (bax. Foto-1-2) və Azərbaycana qaçmalı olur.

Məmmədov Sabirin qardaşları Novruz və Mübariz isə həbsdən can qurtara bilmir. Rusiya hüquq-mühafizə orqanları onları ədalət məhkəməsinə təhvil verirlər. Bir il çəkən prosesdən sonra Novruz və Mübariz müvafiq olara 15 il və 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda da Rusiya həbsxanalarında saxlanılırlar. Etibarlı mənbələrdən əldə olunan məlumata görə həbsdə olan qardaşlar öz kriminal əlaqələri hesabına həbsdə də özlərini adekvat aparmırlar.

 

Azərbaycana qaçan Məmmədov Sabirin Rusiyada axtarışda olmasından vətənində xəbərdar deyillər. Yoxsa onun Rusiya qeydiyyat nişanı ilə idarə etdiyi dəbdəbəli Gelenvagen markalı avtomobilini çoxdan saxlayar və onu etdiyi əməllərinə görə dərhal həbs edərlər. Yəqin o, ölkədə başqa ad və soyadla hərəkət edir və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən onun kimliyi bəlli deyil.

 

Sabir Elbrusa niyə himayədarlıq edir?

Azərbaycanlı iş adamlarını incidənlərdən biri də Elbrus Məmmədovdur. Bu təsadüfi də deyil. Axı onu Sabir kimi kriminal dairələrdə nüfuzu olan şəxs himayə edir. Elbrus Məmmədovun adı bir çox qalmaqalda çəkilib. Onun Razil Məmmədov adlı iş adamının başını yararaq, xəsarət yetirdiyi barədə əksər saytlarda xəbər yayılmışdı. Razil Məmmədov özü bu barədə jurnalistlərə açıqlama vermişdi. Musavat.com-unəldə etdiyi məlumatda bildirilir ki, Xəlilov qardaşlarının 1 milyon 500 min dollarını Elbrus Məmmədovla Elçin Əhmədov əlbir olub, ələ keçirib. Bu olayın hekayəsi isə son dərəcə maraqlıdı. "Kommersant”ın məqaləsində də adı keçən Rövşən Muradovun deyilənə görə, Elçin Əhmədovla Elbrus Məmmədova 1 milyon 500 min manat borcu varmış. Mənbəmiz bildirir ki, bu borcu Rövşən ödəyə bilmədiyi üçün Elçin Əhmədovla Elbrus Məmmədov onu girov götürüblər. Hədə-qorxu gələrək pulu ödəməsini tələb ediblər.

Rusiya hüquq-mühafizə orqanları Elçin Əhmədovla Elbrus Məmmədovun barəsində axtarış elan ediblər. Mənbənin məlumatına görə, onlar həbsdən yayınmaq üçün Azərbaycana qaçıblar.

Hazırda Elbrus Məmmədov Azərbaycanda qoçuluq etmək istəyir. Ayağında 4 ölüm işi olan, mümkün olan və olmayan cinayətlər edən adam buradan öz quldur dəstəsinin köməyi ilə Peterburqda işləri idarə edir. Sabirin köməyi ilə yenə də azərbaycanlı iş adamları sıxışdırır, haqq qoyur, haqq verməyənləri ölümlə hədələyir, döydürür.

 

 

 

Sabir və Elbrusun hədəfi

Belə qurbanlardan biri Sankt-Peterburqda azərbaycanlılar arasında yüksək nüfuza malik olan Novruz Xəlilovdur. Bu adam uzun illər orada yaşayan azərbaycanlılara dayaq olub, çətin günlərində kömək edib. İndi isə o özü təhlükədədir. Onun həyatına qəsd etmək istəyən həmyerlisi Elbrus onun normal fəaliyyət göstərməsinə imkan vermir. Biznesi sıxılıb, küllü miqdarda pulu zor vasitəsilə əlindən alınıb, tabe olmayacağı təqdirdə isə ölümlə hədələnir.

Novruz Xəlilovun bəxti heç cürə gətirməyib. Sabir və Elbrusun təzyiqi az imiş ki, onların yaxın adamı Füzuli də onların təkidi ilə Novruz Xəlilovu təkləyib. Füzuli və himayədarları (redaksiyamıza onlar barədə də ətraflı məlumat daxil olub və yaxın günlərdə ayrıca material veriləcək) Azərbaycanda bir çox şəxslərə müraciət edərək Novruzu sıxmaqda davam edirlər. Onun şərlənməsi üçün müxtəlif şəxslərə pullar və hədiyyələr vəd edilir. Novruz kömək istəyir. Bu məqsədlə Rusiyada fəaliyyətinə edilən müdaxilələrə görə hüquq-mühafizə orqanlarına müraciət edib və ona qarşı aparılan kampaniyanın ədalətlə həll olunmasına səy göstərir.






21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.