Qohum evliliklərinin fəsadları - AÇIQLANDI

Qohum evliliklərinin fəsadları - AÇIQLANDI
17 Avq 2018 09:17

Hər bir dövrdə müəyyən problemlər nəticəsində ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir.

Realpress.az Yenicag.az-a istinadla xəbər verir ki, bu arzuolunmaz halın yaranma səbəblərindən biri də qohum evlilikləridir.

Ekspertlərin fikrincə, xüsusilə də, kənd və rayonlarda qohum nikahlarına üstünlük verilir və belə ailələrdən doğulan uşaqların xəstə olması riski çox yüksəkdir.

Qohum evliliyinin genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və təqribən dünya əhalisinin 20% bu problemdən əziyyət çəkir. Mütəxəsislərin araşdırmasına görə, eyni qandan olan əmi oğlu-əmi qızı, xala oğlu-xala qızı, bibi qızı-dayı oğlu, dayı qızı-bibi oğlu və bu kimi eyni genə malik qəbildən olan qohumluqlar bir çox genetik xəstəliklərin yaranmasına və körpənin şikəst olaraq dünyaya gəlməsinə səbəb olur.

Qohum evliliyində ən çox rast gəlinən xəstəliklər aşağıdakılardır:

Qan xəstəlikləri

Əqli zəiflik

Fiziki çatışmamazlıqlar

Ürək damar xəstəlikləri

Şəkər xəstəliyi

Qohum evliliyinin törətdiyi ən ağır irsi xəstəliklərdən biri də talassemiyadır.

Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.

Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür./Medicina/


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.