Bütün ABŞ 11 yaşlı hakerdən danışır

Bütün ABŞ 11 yaşlı hakerdən danışır
17 Avq 2018 09:28

ABŞ vətəndaşı 11 yaşlı Emmet Bryuver Florida ştatında keçirilən seçkilərdə səsvermə üçün istifadə edilən veb-saytı dağıdıb.

Realpress.az xəbər verir ki, bu barədə dünyanın ən böyük haker sistemi olan "DEFCON 26"-nın idarəçiləri məlumat yayıb.

Xəbərə görə, 11 yaşlı Emmet bu işə 10 dəqiqədən az vaxt sərf edib.

Belə ki, hər il minlərlə hakerin qatıldığı "DEFCON 26"-nın mərasiminə bu il bir qrup uşaq da dəvət edilib. Onlara ABŞ-ın seçki sistemi ilə bağlı olan 13 veb-sayta hücum tapşırılıb. Yaşları 8-16 arasında olan 50 uşağa partiyaların və namizədlərin adları, həmçinin onların topladığı səs faizlərinin dəyişdirilməsi üzrə tapşırıqlar verilmişdi.

Emmet də həmin uşaqlar içində olub və o, Florida ştatında istifadə edilən veb-sayta daxil olmağı bacarıb.

Veb-saytlar orijinal olmasa da, təlimdə istifadə olunan saytlar orijinalları ilə eyni dərəcədə qapalı olub və hər hakerin ələ keçirə bilməyəcəyi parametrlərdə düzəldilib. (publika.az)


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.