Dəhşətli qətl - Kişi evdən küsüb gedən arvadını öldürdü - VİDEO

Dəhşətli qətl - Kişi evdən küsüb gedən arvadını öldürdü - VİDEO
17 Avq 2018 09:31

Samuxda ərlə arvadın münaqişəsi qanla nəticələnib. Həyat yoldaşını övladlarının gözü qarşısında bıçaqlayaraq qətlə yetirən gənc onun bibisinə də çoxsaylı xəsarətlər yetirib.

 Uzun müddət davam edən ailə münaqişəsi nəticəsində qadın ayrılaraq atası evinə gedib. Ancaq həyat yoldaşı ona burda da rahatlıq verməyib..

Samuxun Ziyadlı kəndində 33 yaşlı Elvin Bayramov ondan 2 ay əvvəl ayrılaraq atası evinə qayıdan həyat yoldaşı 25 yaşlı Müşafərin Bayramovanı elə atası evində bıçaqlayaraq qətlə yetirib. Hadisə zamanı onların 3 azyaşlı övladı da evdə olub.

Məlumata görə yoldaşı ilə barışmağa gələn E.Bayramov istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb. Qanlı cinayət törədilərkən Müşafərinin bibisi Xatirə Salmanova da evdə olub. 51 yaşlı qadın Elvinə mane olmaq istəyərkən onun özü də çoxsaylı vıçaq xəsarətləri alıb.

Hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilən yaralının vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirirlər. Cinayəti törədən Elvin Bayramov isə polis tərəfindən isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanılıb,istintaq tədbirləri davam etdirilir.

Realpress.az


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.