Adi tərəvəz 2 ən yayılmış xərçəng növündən qoruyur

Adi tərəvəz 2 ən yayılmış xərçəng növündən qoruyur
17 Avq 2018 10:55

Londonun Frensis Krik universitetinin alimləri mədəni xərçəngdən qoruyan maddə tapıblar.

Realpress.az Olke.Az-a istinadla xəbər verir ki, adi ağ kələm, kolrabi və gül kələmin tərkibində olan maddə bağırsağın və mədənin mikroflorasını normallaşdırır, düz və yoğun bağırsaqda xərçəngə səbəb ola bilən mikrobların yaranmasının qarşısını alır.

"Bu kəşf optimizm üçün böyük əsasdır. Biz xərçəngə səbəb olan genetik faktorları dəyişə bilmərik. Digər tərəfdən biz onların təsirini azalda bilərik. Bunun üçün isə düzgün pəhriz və qidalanma lazımdır”, – deyə alim Gitta Stokinger bildirib.

Son illər alimlər insan orqanizmində xərçəngə səbəb olan bir sıra mikroblar kəşf ediblər. Məsələn, "Heliobacter pylori” və "Streptococcus gallolyticus” mikrobları mədə və düz bağırsaq xərçənginin yaranmasına səbəb olan əsas mikroblardır.

Stokinger və həmkarları müəyyən ediblər ki, bu mikroblardan mədəni qorumaq mümkündür. Bunun üçün isə müxtəlif ərzaq məhsulları tədqiq edilib. Siçanlar üzərində aparılan təcrübə sübut edib ki, kələmin tərkibində olan bəzi maddələr artıq mövcud bədxassəli şişin inkişafını ləngidib, siçanları düz bağırsaq xərçəngindən qoruyub.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.