Boliviyada mikroavtobus yeddi rəqqası vurub öldürdü

Boliviyada mikroavtobus yeddi rəqqası vurub öldürdü
17 Avq 2018 11:17


Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasları vurub və hadisə nəticəsində yeddi nəfər ölüb.

Realpress.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.

Rəqqaslardan üçü qəza yerində, dördü isə xəstəxanada keçinib.


29 Mar 2024
Dünya

“Crocus City Hall”da törədilən terror aktında xəsarət alanların sayı artdı

Rusiyada “Crocus City Hall”da martın 22-də törədilən terror aktında xəsarət alanların sayı 382 nəfərə çatıb.

29 Mar 2024
Dünya

Hərbi təyyarə dənizə düşdü

Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşüb, lakin şəhərin mülki obyektlərinə ziyan dəyməyib.

29 Mar 2024
Dünya

Polşa Silahlı Qüvvələri Rusiyaya görə təyyarələri səmaya qaldırıb

Polşa Silahlı Qüvvələri Rusiya aviasiyasına görə təyyarələri səmaya qaldırdıqlarını açıqlayıb.