Əməkdar artistin klipinə çəkilən model: Röya Ayxanı qucaqlayanda... (MÜSAHİBƏ)

Əməkdar artistin klipinə çəkilən model: Röya Ayxanı qucaqlayanda... (MÜSAHİBƏ)
17 Avq 2018 12:30


Realpress.az istinadla bildirir ki, BAKU.WS-in budəfəki müsahibi "Mister Grand Azerbaijan” müsabiqəsinin qalibi Nuru Əhmədovdur. 

-Nuru bəy, öncə oxucularımızın sizi tanıması üçün özünüzü təqdim edərdiniz… 

-Bakı şəhərində anadan olmuşam. Hal-hazırda Türkiyənin Atatürk Universitetində ali təhsil alıram, IV kurs tələbəsiyəm. 

-Model olmaq fikrinə necə gəldiniz? Kumiriniz kim idi? Uşaqlıqda necə biri idiniz?


-Model sənətinə bir dostumun təkidi ilə gəlmişəm. Heç vaxt düşünmürdüm ki, nə vaxtsa model olaram. Kumirin Kriştiano Ronaldodur. Onun əziyyət çəkib, dayanmadan işləməyi həqiqətən də zövq verir. Uşaqlıqda ağlagəlməz dərəcədə çox kök olmuşam. Düşünmürdüm ki, nə vaxtsa arıqlayaram, model olaram. 


-Hər bir modelin boy və çəkisi maraqlıdır...

 -Boyum 188 sm., çəkim 84 kiloqramdır.

-Neçə ildir bu sənətdəsiniz?

-6 ilə yaxındır. 

-Model olmaq üçün nələr etmisiniz, nələrdən keçmisiniz? 

-Uşaqlıqdan kök olmuşam deyə, indi də bu problemi yaşayıram. İlin 365 günü pəhrizdəyəm. Elə bu mənim üçün ən böyük əziyyətdir. İstədiyim təamları yeyə bilmirəm. 


-Model sənətində uğurlarınız...

-İlk dəfə “ATV maqazin” jurnalında 8 model arasında birinci yerə layiq görülmüşəm. Bu yaxınlarda isə “Mister Grand Azerbaijan” müsabiqəsinin qalibi olmuşam. 

-Sizi hansısa məşhura bənzədənlər olub?

-Bəli, məni ingiltərəli model və aktyor Devid Qandiyə oxşadanlar çox olub. 


-Azərbaycanın ən yaraşıqlı oğlanı olmaq çətin deyilmi?

-Təbii ki, çətindir. Hansısa tədbirə gedəndə bütün diqqətlər sənin üzərində olur. Düzdür, Azərbaycanda məndən də yaraşıqlı oğlanlar var, amma söhbət ən yaraşıqlı oğlandan gedirsə, bu simanı daşımaq çox çətindir. 

-Maraqlıdır, sizi qısqananlar çoxdurmu?


-Bəli, çoxdur. Hətta dostlarımın arasında da. Belə bir halda çox sıxılıram.

-Model oğlanların işi model qızların işindən nə ilə fərqlənir? 

-Hazırda ölkəmizdə model qızların işi oğlanların işindən daha çoxdur. Qızların reklam edə biləcəyi brendlərin sayı çoxdur və bu ən böyük fərqimizdir. 


-Modellərin ölkəmizdə özünü daha rahat hiss etmələri üçün onların hər hansısa model agentliyi ilə əməkdaşlıq etmələri vacibdirmi?

-Əlbəttə, hər bir modelin hansısa agentliklə əməkdaşlıq etməsi vacibdir, çünki ən azından insan özündə nizam-intizam hiss edir. Bundan əlavə, müxtəlif şirkətlər agentlik vasitəsi ilə modellərlə əlaqə qura bilir. Agentlikdə məşqlər olur, müxtəlif yarışlar keçirilir. 

-Modellikdən başqa hansı bacarıqlarınız var? 

-Uşaqlıqda musiqi məktəbinin qarmon ifaçılığı sinfini bitirmişəm. İndi qarmonda ifa etmirəm, amma musiqiyə çox bağlı insanam. 

-Hobbiniz...

-Düzünü desəm, modelliyə hobbi kimi baxmışam. Heç vaxt düşünmürdüm ki, bu sənətdən gəlir əldə edərəm.

-Fobiyanız...

-İlandan qorxuram. 


-Yaraşıqlı oğlansınız. Sözsüz ki, xanım pərəstişklarınız çoxdur. Bu günə qədər sizə yazılan ən maraqlı ismarıc hansı olub? 


-Xanım pərəstişkarlarımdan saysız-hesabsız ismarıclar alıram. Elə bir qeyri-adi mesaj xatırlamıram. Məsələn, bir xanım yazmışdı ki, “siz mənim üçün nömrə birsiniz”.

-Hansı tip xanımları bəyənirsiniz?

-Sarışın xanımları çox bəyənirəm. 

-Bir çox modellər onlara edilən qeyri-etik təkliflərdən gileylənirlər. Siz belə hallarla rastlaşmısınız?

-İstər model ol, istərsə də olma real həyatda yaşayırıq və bu cür təkliflərlə rastlaşırıq. Düşünürəm ki, belə şeylərə yol vermək lazım deyil. Özüm qürurlu bir insanam və heç vaxt buna razılıq vermərəm. 


-Son işlərinizdən biri əməkdar artist Röya Ayxanın “Ummadığım anda” klipidir. Klipə necə dəvət aldınız?

-Röya xanımın klipinə dəvəti agentlik vasitəsi ilə almışam. Röya xanım şəxsən özü məni seçmişdi. 

-Röya Ayxanı qucaqlayanda hansı hissləri keçirdiniz?

-Röya Ayxanı qucaqlayanda keçirdiyim hisslər bir fanat hissləridir. Ola bilər ki, onun bir çox pərəstişkarları mənim yerimdə olmaq istəyərdi: onunla şəkil çəkdirmək, bir neçə dəqiqə söhbət etmək. Mən klipdən əvvəl də Röya xanımın fanatı olmuşam və bütün fanatların arzusunda olduğu şeyləri həyata keçirə bildim. 

-Gələcək planlarınız... 

-İlk növbədə Türkiyədən gələn təkliflərlə bağlıdır. Yaxın zamanda onları gerçəkləşdirəcəyəm. Arzum ölkəmizi xaricdə layiqincə təmsil etməkdir.





25 Fev 2024
Müsahibə

Kamaləddin Qafarov: “Xocalı soyqırımı bəşər tarixinin qanlı cinayətlərindən biridir”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.”

21 Fev 2022
Müsahibə

Slobodan Samarciya: “Serbiya ilə Azərbaycan əsl dostdur”

“Azərbaycan və Serbiyanın ümumi maraqları ilk növbədə ondan irəli gəlir ki, onlar öz tarixlərinin əhəmiyyətli hissəsini daha böyük dövlət ittifaqı çərçivəsində yaşamış iki müstəqil ölkədir: Azərbaycan SSRİ-nin tərkibində idi, Serbiya isə keçmiş Yuqoslaviya respublikalarından biri olub”.

14 Fev 2022
Müsahibə

Vidadi Əhmədov: "Turan Tovuz"a 100 adamdan biri kimi dəstək verə bilərəm"

Tovuzun "Turan” klubunun qurucusu və sabiq prezidenti Vidadi Əhmədovun "Realpress.az"a müsahibəsi

10 Fev 2022
Müsahibə

Maksim Şevçenko: “Minsk prosesi” yoxdur, onu unutmaq lazımdır - MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında son danışıqlardan sonra Fransa lideri Ermənistanda tənqid olunmağa başlayıb. Belə ki, erməni siyasi müşahidəçi Naira Ayrumyan qeyd edib ki, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqının sədri kimi Makronun özünün, Avropa Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən görüşdə Fransa rəhbəri ATƏT-in Minsk prosesi çərçivəsində Qarabağ üzrə danışıqların bərpasının zəruriliyindən bir kəlmə də danışmayıb.

9 Fev 2022
Müsahibə

Aleksandr Proxanov: “Gec-tez Ankara Rusiya ilə qarşıdurmaya gedə bilər” – MÜSAHİBƏ

Bu yaxınlarda Rusiya və Çin liderləri Vladimir Putin və Si Cinpin həm təhlükəsizlik təminatlarına, həm də xarici qüvvələrin suveren ölkələrin daxili işlərinə müdaxiləsinin yolverilməzliyinə aid birgə bəyanatı imzaladıqdan sonra məlum oldu ki, dünyada anti-Qərb strukturu qurulur.