Metyu Brayza:Türkiyəni itirmək ABŞ-a sərf etməz

Metyu Brayza:Türkiyəni itirmək ABŞ-a sərf etməz
17 Avq 2018 12:52

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza Türkiyə-ABŞ böhranı barədə açıqlama verib.

Realpress.az xəbər verir ki, Brayza bildirib ki, Türkiyəni itirmək ABŞ-a sərf etməz.

“ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyalarının genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub. Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib", - deyə Brayza bildirib.

Metyunun fikrinə əsasən, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina dəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib.

Eyni zamanda M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O, bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazalar arasında xüsusi rol oynadığını vurğulayıb.


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.