İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb

İnternetdə domen adlarının sayı 339,8 milyona çatıb
17 Avq 2018 16:20

"VeriSign" şirkəti cari ilin ikinci rübünə olan vəziyyətə görə bütün yüksək səviyyəli domenlərdə təxminən 339,8 milyon domen adının qeydiyyatdan keçməsini açıqlayıb. Bu, 2018-ci ilin birinci rübü ilə müqayisədə təqribən 6,0 milyon və ya 1,8 faiz çoxdur. İllik hesablamada qeydiyyatdan keçən domenlərin sayında 7,9 milyon və ya 2,4 faiz artım qeydə alınıb.   
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGate www.igate.com.ua" resursuna istinadən yazır ki, qeydə alınan domen adlarının təxminən yarısı (149,7 milyon) ümumilikdə ".com" və ".net" domenlərinin payına düşür. Bu, ilin birinci yarısı ilə müqayisədə 1,4 milyon və ya 0,9 faiz çoxdur. İl ərzində domen adlarının qeydə alınmasında artım 5,3 milyon və ya 3,7 faiz təşkil edib.  
 
Bundan başqa, ".com" domenində 135,6 milyon, ".net" domenində isə 14,1 milyon ad qeydə alınıb. Rüb ərzində bu domenlərdə qeydiyyatdan keçən yeni adların sayı 9,9 milyona bərabər olub.  

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.