Bulvarın bu hissəsinə giriş ödənişlidir – Giriş 1 manat

Bulvarın bu hissəsinə giriş ödənişlidir – Giriş 1 manat
17 Avq 2018 17:35

“Dənizkənarı Bulvar ərazisinə Bayıl tərəfdən girişin pullu olması idarənin tam səlahiyyətində olan məsələdir. Giriş 1 manat təşkil edir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Nazim Məcidov deyib. O qeyd edib ki, Dənizkənarı Bulvarın ərazisi 16 km-dır: “Bildiyiniz kimi, Bulvara hər yerdən giriş pulsuzdur. Yalnız Bayıl tərəfdə Su İdman Sarayının yaxınlığında olan kiçik bir hissədə şlaqbaumdan keçid pullu olub. Bunu da şəhər sakinlərinin şikayətləri əsasında tətbiq etmişik. Belə ki, orada daim avtomobillər ötüşürdü, cavan oğlan və qızlar maşında saatlarla oturub uyğunsuz hərəkət edirdilər. Eyni zamanda, oradan “moyka” kimi də istifadə edilib. Bu da sakinlərin istirahətinə maneə törədirdi. Bu hissədə keçidin pullu olması bir neçə adamın xoşuna gəlməsə də, 100-lərlə şəhər sakini bəzi əxlaqsızlıqlara görə bu addımı alqışlayıb”.

Realpress.az

28 Mar 2024
Cəmiyyət

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin Sərəncamına əsasən genişmiqyaslı təmir-tikinti işlərinə başlayıb.

28 Mar 2024
Cəmiyyət

Dövlət İmtahan Mərkəzi auditor seçir

Dövlət İmtahan Mərkəzi (DİM) 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.