Azərbaycanda milyonlar xərcləyən turistlər bu ölkələrdən gəlir: TOP-5

Azərbaycanda milyonlar xərcləyən turistlər bu ölkələrdən gəlir: TOP-5
17 Avq 2018 18:02


Statistik məlumatlara görə, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin paytaxtın hotel və müəssisələrində xərclədikləri vəsait 155 milyon manatdan çox olub.

Realpress.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanıb, 2017-ci ildə turistləri Azərbaycan hotellərində ən çox pul xərcləyən ölkələrin TOP-5 reytinqini təqdim edir.

Beləliklə, beşinci yerdə 2017-ci ildə ölkəmizdə hotellərdə 6 milyon 370 min manat xərcləmiş amerikalı turistlər qərarlaşıb.

Dördüncü yerdə 10 milyon 492 min 900 manatla iranlı turistlər dayanıb.

Üçüncü yeri isə türkiyəli turistlər açır. Ölkəmizin qardaş ölkədən olan qonaqları 2017-ci ildə Azərbaycanda 10 milyon 786 min 200 manat xərcləyiblər. 

Siyahıda ikinci yerdə 14 milyon 530 min manatla Böyük Britaniyadan gələn turistlər dayanır.

Və nəhayət, 2017-ci ildə hotellərdə ən çox xərc edənlər rusiyalı turistlər olub – 22 milyon 462 min 600 manat.

Qeyd edək ki, rusiyalı turistlər 2016-cı ildə də reytinqə başçılıq ediblər.


23 Fev 2022
Turizm

İndoneziya aprel ayında karantin qaydalarını ləğv edir

İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.

23 Fev 2022
Turizm

Yunanıstanla bağlı reklam roliki sosial şəbəkə istifadəçilərini təəccübləndirdi - VİDEO

Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.

22 Fev 2022
Turizm

Avstraliya iki ildən sonra qapılarını açdı

Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.

22 Fev 2022
Turizm

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

21 Fev 2022
Turizm

Turistlərə təcili yardım mütləq şərt olacaq: Turoperatorların məsuliyyəti artır - VİDEO

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq.