Dollar lirəyə nisbətdə revanş götürdü - Fitch xəbərdarlıq etdi

Dollar lirəyə nisbətdə revanş götürdü - Fitch xəbərdarlıq etdi
18 Avq 2018 08:55


ABŞ və Türkiyə arasındakı gərginliyin valyuta bazarına təsiri davam edir. Bu gün səhər saatlarına 5,81 lirədən əməliyyat görən dollar günün ikinci yarısında revanş götürərək 6.10 lirəyə yüksəldi. Avropa Birliyinin vahid valyutası 6.98 lirə, sterlinq isə 7.82 lirə təşkil etdi.

Realpress.az xəbər verir ki, Türkiyənin bank bazarını tənzimləyən qurum – BDDK məzənnədəki spekulyativ dalğalanmanı önləmək üçün  daha bir addım atıb. Belə ki, BDDK bankaların türk lirəsi alışı əməliyyatlarına 25 faiz məhdudiyyət tətbiq edib.

BDDK-nın qərarından sonra dolların məzənnəsindəki artım səngiyib.Türkiyə vaxtı ilə 21-22 saatlarına dolların alış məzənnəsi 6,0330 lirə, satış isə 6,0420 lirə olub. 

Bu arada beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” Türkiyənin həyata keçirdiyi tədbirlərin etibarı bərpa etmək üçün yetərsiz olduğunu açıqlayıb.

Agentlik türk lirəsinin dəyərdən düşməsinin siyasətə inamın artıması, Mərkəzi Bankın müstəqilliyi və daha yavaş iqtisadi artıma keçid ilə dayandırıla bilinəcəyini qeyd edib:

“Beləliklə, TL daha sabit pul vahidi halına gələcək”.

“Fitch”  Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya edəcəyi xəbərinin lirənin dəyər qazanmasını təmin etdiyini, ancaq, investisiya qoyuluşunun vaxtının və detallarının hələ açıqlanmadığını da irəli sürüb.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.