Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək

Bu şirkət dünyada ilk dəfə 7 nm-lik smartfon prosessoru təqdim edəcək
18 Avq 2018 11:33

"Huawei" 7 nanometrlik texnoloji proses normalarına uyğun istehsal edilmiş prosessorla təchiz ediləcək smartfon təqdim edən ilk şirkət kimi tarixə düşəcək. Şirkətin istehlak bölməsinin direktoru Riçard Yu təsdiq edib ki, "Kirin 980" prosessoru oktyabrda təqdim ediləcək  "Mate 20" smartfonuna quraşdırılacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Huawei" şirkəti 31 avqust – 5 sentyabr tarixlərində Berlində keçiriləcək "IFA 2018" sərgisində yeni mobil prosessorunu rəsmən təqdim edəcək.
 
"Kirin 980" prosessoru 7 nanometrlik (nm) texnoloji proses üzrə hazırlanacaq. Güman ki, yeni prosessor əvvəlki 10 nm-lik 970 modelindən 20% daha məhsuldar və enerji baxımından 40% daha səmərəli olacaq. Yeni prosessor 8 nüvəyə (4 "ARM Cortex-A76" və 4 "Cortex-A55") malik olacaq və takt tezliyi 2,8 QHs-dək çatacaq. Yeni neyron şəbəkə modulunun süni intellekt funksiyaları ilə bağlı məsələlərin işlənməsini sürətləndirəcəyi gözlənilir.

Realpress.az


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.