Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb

Ən ağır onkoloji xəstəliklərə qalib gəlməyin üsulu tapılıb
18 Avq 2018 15:03

Britaniyalı mütəxəssislər qlioblastoma hüceyrələrini və digər beyin şişlərini özünü məhv etməyə yönəldə bilən "KHS101" molekulunu aşkar ediblər. "RİA Novosti"nin yaydığı məlumatda eksperimentlərin hələ ki siçanlar üzərində aparıldığı bildirilir. Artıq məlumdur ki, "KHS101" hüceyrələrin çoxalmasına imkan vermir və onları öldürür.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatların nəticələrinə görə, "KHS101" neyronların sələflərini yaşlı beyin hüceyrələrinə çevirir. Bu proses gövdə hüceyrələrinin çoxalmasını idarə edən və onların fəaliyyətinin qarşısını alan "TACC3" zülalı ilə sintez sayəsində baş verir. Bəlli olub ki, "KHS101" xərçəng hüceyrələri üçün təhlükəlidir və sağlam beyin hüceyrələrinə heç bir zərər vermir.

Alimlər eksperiment çərçivəsində siçanların beyninə qlioblastomanın xüsusi aqressiv formalarını, astrotsitom və digər bədxassəli şişləri yeridiblər. Sonra heyvanların yarısına "KHS101" iynəsi, qalanlarına isə platsebo vurublar. Molekulun təsiri ilə xərçəng hüceyrələri çoxala bilməyib və "TACC3" ilə birbaşa əlaqəsi olmayan genlərlə qarşılıqlı fəaliyyət nəticəsində onların özünü məhvetmə prosesi başlayıb.


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.