Lukaşenko Belarus hökumətinin tərkibini dəyişdi — SİYAHI

Lukaşenko Belarus hökumətinin tərkibini dəyişdi — SİYAHI
18 Avq 2018 15:52

Belarusun prezidenti Aleksandr Lukaşenko hökumət rəhbərliyini dəyişib.

Realpress.az xəbər verir ki, “İnkişaf Bankı”nın keçmiş sədri Sergey Rumas baş nazir təyin edilib. Rumas 2014-cü ildən nazirlər kabinetinə rəhbərlik edən Andrey Kobyakovu əvəz edib.

Bundan başqa Lukaşenko hökumətdə bir sıra kadr dəyişikliləri edib. Baş nazirin birinci müavini nazirlər şurası aparatının rəhbəri Aleksandr Turçin təyin edilib. “Belnefehim” konserninin rəhbəri İqor Lyaşenko da baş nazirə müavin təyin edilib. Dövlət nəzarət komitəsi sədrinin müavini Vladimir Kuxarev də baş nazir müavini təyin edilib. Bundan başqa baş nazir müavini kimi Belarusun Rusiyadakı səfiri İqor Petrişenko da işə başlayıb.

Lukaşenko Dmitriy Mikulenoku arxitektura və inşaat naziri, Pavel Utyupini sənaye naziri, Konsantin Şulqanı rabitə və informasiya naziri, Dmitriy Krutoyu isə iqtisadiyyat naziri postuna layiq görülüb.

Dövlət hərbi-sənaye komitəsinin sədri vəzifəsinə Roman Qolovçenko təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Lukaşenko hökumət məmurlarını səhlənkarlıqda ittiham etmişdi.



19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.