Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər

Ərdoğan: Türkiyəni əzə bilməyəcəklər
18 Avq 2018 16:01


Türkiyə xaricdən təzyiqə görə öz iqtisadi kursunu dəyişməyəcək.

Realpress.az-ın məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının VI qurultayından əvvəl müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyəyə qarşı iqtisadi təzyiq alətlərindən istifadə edilir.

“Lakin ölkəmiz təyin olunmuş kursu dəyişmək niyyətində deyil. Türkiyəni əzə bilmədilər və bilməyəcəklər”, - Ərdoğan bəyan edib.

Xatırladaq ki, Vaşinqton və Ankara arasında münasibətlər 2016-cı ildə Türkiyədə saxlanılan amerikalı pastor Endryu Bransonun işinə görə pisləşib. 

Avqustun 10-da, Tramp Türkiyədən alüminium və polad idxalına rüsumları müvafiq olaraq, 20 və 50%-dək artırıb.


24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.

24 Apr 2024
Dünya

Hadrutdan ürəkaçan görüntülər - VİDEO

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir.