Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs həbs edildi

Avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs həbs edildi
18 Avq 2018 16:45

İctimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib.

Realpress.az bildirir ki, Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bu N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil. O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.

Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektindəeyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibatı həbs olunanların saxlama məntəqəsinə göndərilib.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.