Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi

Bakıda qonşusunu təpikləyib öldürən şəxsin cəzası dəyişmədi
18 Avq 2018 18:05


Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Şöhrət Qədimovun (1987-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Realpress.az-ın məlumatına görə, ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib. 

Şahidlərin köməkliyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa tədim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, məhkumun şikayətini təmon etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.