Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da milli qəhrəmanlarımız haqqında ingilis dilində növbəti məqalələr yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Azərbaycanın milli qəhrəmanları - Koroğlu Rəhimov, Nofəl Quliyev, Valeh Müslümov, Vüqar Hüseynov, Yusif Əliyev, Cəlil Səfərov, Elgiz Kərimov, Fərhad Hümbətov, Fəxrəddin Musayev, Fikrət Hacıyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.
Realpress.az
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.