Onlardan biri də qulağın yanlış təmizlənməsidir.
Zaman keçdikcə qulaq boşluğunda artan çirk bərkiyir, baş gicəllənməsi, beyində qəribə uğultu yaradır.
Realpress.az Publika.az-a istinadən xəbər verir ki, qulaq dəliyi düzgün qaydada təmizlənməzsə, karlıq əlamətləri də müşahidə oluna bilər. Qulaqda daha çox çirk formalaşdıran ilk səbəbsə, istifadə etdiyimiz pambıq çöplərdir.
Bəs qulağı necə təmizləməliyik?
Bir çay qaşığı duzu 100 ml suda həll edin. Xırda pambıq toplar düzəldib, bu məhlula batırın. Bir neçə dəqiqə qulağınızın içərisində saxlayın. Sonra pambığı götürüb, başınızı qulağınızın üzərinə doğru əyin,və təmiz parça ilə içərisini təmizləyin.
Qulaq təmizlənməsində parafin yağından da istifadə edə bilərsiniz. İsti halda parafindən bir neçə damcı qulağınıza damızdırıb, sonra başınızı əyin, və steril parça ilə içərisini təmizləyin.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.