Sabah bu qoruqlar pulsuz olacaq

Sabah bu qoruqlar pulsuz olacaq
26 Sent 2018 13:22

Dövlət Turizm Agentliyi 27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə ölkədə bir sıra tədbirlər keçirəcək.

Agentlikdən Realpress.az-a verilən xəbərə görə, bu il ilk dəfə olaraq məhz Azərbaycana gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim olunacaq.

Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün “Baku City Tour” avtobuslarına 50% endirim tətbiq olunacaq. Avtobuslar sentyabrın 27-də saat 10:00-dan saat 19:00-a qədər hər saatdan bir gün ərzində Hökumət Evinin qarşısından yola çıxacaq.

Gün ərzində yerli və xarici turistlər "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlanacaqlar.

Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, master-klasslar göstəriləcək. 4 gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq.

Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı musiqili konsert də təşkil ediləcək.


16 May 2019
Turizm

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

Bakı Aeroportunun UEFA Avropa Liqası finalına hazırlığı

15 May 2019
Turizm

Turistlər bir viza ilə ölkəmizə istədikləri qədər səfər edə biləcək

Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar veriləcək.

8 Apr 2019
Turizm

Turizm obyektləri ilə bağlı MÜHÜM TƏLƏB

Azərbaycanda bəzi turizm və rekreasiya obyektlərinin layihələndirilməsi zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi tələb ediləcək.