Almanın əsas vitaminləri...

Almanın əsas vitaminləri...
28 Sent 2018 16:25

Həm yay, həm də payız və qış aylarında yetişən alma növləri var. Digər şirəli meyvələrdən fərqli olaraq almanı bütün ilboyu saxlayıb istifadə etmək mümkündür.

Realpress.az AZƏRTAC-a istinadən bildirir ki, almanın ölkəmizdə olan 300-ə qədər növündən 60-ı sənaye üçün əhəmiyyətlidir.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra konservləşdirilmiş məhsullar-kompot, mürəbbə, povidlo, şirə və cem hazırlanır. Onun tərkibi şəkər, üzvi turşular, pektin və aşı maddələri, vitaminlər və s. zəngindir. Meyvənin tərkibində olan şəkərin əsas hissəsini təşkil edən qlükoza və fruktoza ürək-damar sistemi üçün çox faydalıdır.

Almanın qabıqlı halda yeyilməsi daha məsləhətdir. Belə ki, onun tərkibində olan əsas vitamin və minerallar qabığında toplanır. Bu meyvə tərkibindəki antioksidant sayəsində ağciyərlərin funksiyasını tənzimləyir, diabet riskini azaldır, beyni gücləndirir, qanı təmizləyir, ürəyi və dişləri qoruyur, bədəni enerji ilə təmin edir. Hər gün bir alma yemək infarkt riskini 24 faiz azaldır. Alma sakitləşdirici, yuxugətirici effektə malikdir. Onu ürək və baş ağrıları zamanı yeyəndə ağrıkəsici təsir göstərə bilər.

Meyvənin qurusu da sağlamlıq üçün çox faydalıdır. Quru alma nəfəs darlığı və ürək xəstəliklərindən qoruyur və bədəndə zərərli maddələrin xaric olunmasına kömək edir. Lifli olduğuna görə bağırsaqları təmizləyir, qaraciyər, revmatizm və şəkərli diabet zamanı da istifadə edilir. Alma qurusunun dəmləməsi ürək və həzm sistemi xəstəlikləri zamanı faydalı təsir göstərir.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.