Azərbaycanlı alimlərin məqaləsi Fransanın elmi jurnalında dərc olunub

Azərbaycanlı alimlərin məqaləsi Fransanın elmi jurnalında dərc olunub
04 Okt 2018 13:18

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və bu elmi müəssisənin beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın məqaləsi Fransada çıxan “Innovations regionales” elmi jurnalının payız buraxılışında dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Əlyazma: İnsan əlinin ən böyük möcüzəsi” (“Manuscrit: Une des plus grandes merveilles de la main”) sərlövhəli məqalədə institutun fəaliyyətindən, qədim əlyazmaların toplanması, tədqiqi, mühafizəsi və təbliği sahəsində qazanılmış çoxillik təcrübədən, xüsusilə multidissiplinar əlyazmaların fənlərarası əhəmiyyətinin öyrənilməsi məsələlərindən bəhs olunur.

Bundan əlavə, institutun son illərdə genişlənməkdə olan beynəlxalq əlaqələrindən, o cümlədən UNESCO, Beynəlxalq Əlyazmalar Cəmiyyəti və İslam Əlyazmaları Cəmiyyəti kimi nüfuzlu təşkilatlarla qarşılıqlı münasibətlərindən söhbət açılır.

Realpress.az


22 Fev 2022
Elmi

“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi davam edir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə 98 bal olub

Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

22 Fev 2022
Elmi

Magistraturaya qəbul imtahanı vermiş iki nəfərin nəticələri ləğv edilib

Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.

21 Fev 2022
Elmi

Təhsil naziri Gürcüstanda tədrisi Azərbaycan dilində olan məktəblərin sayının azalmasına münasibət bildirib

"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Bu amillərin bəziləri obyektiv, bəziləri isə subyektiv səbəblərlə bağlıdır".

21 Fev 2022
Elmi

Azərbaycanla Gürcüstan arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə (TDU) baş çəkib.