Azərbaycandan bir sıra istiqamətlərə mütəmadi reyslər açılacaq.
Realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, reyslərin açılması istiqamətində Asiya istiqamətində danışıqlar yekunlaşmaqdadır:
“Hindistan istiqamətində reyslərin açılması planlaşdırılır. Almaniya, İsveç, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Məqsəd turistlərin Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir”.
Kənan Quluzadə qeyd edib ki, hazırda 10-dan çox bazarda marketinq işləri aparılır:
“İlin sonundan başlayaraq bu istiqamətdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. İlk nümayəndəliyin Rusiyada açılacağı gözlənilir. Nəticədə, orada Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq.
Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Eyni zamanda, Azərbaycanı təbliğ etmək və ölkəmizə turistlərin gəlməsinə şərait yaradacaq”.
İndoneziya aprel ayında bütün karantin tələblərini ləğv etmək niyyətindədir.
Yunanıstanda istirahətlə bağlı çəkilən yeni reklam sosial şəbəkə istifadəçilərini xeyli təəccübləndirib. Rolik Yunanıstanın milli turizm təşkilatı “Visit Greece” tərəfindən hazırlanıb.
Avstraliya koronavirus səbəbiylə iki ilə yaxındır bağlı saxladığı qapıları peyvənd olunmuş səyahətçilərin üzünə tamamilə açıb.