Qaraciyər piylənməsi bu orqanın xəstəlikləri arasında ən yayılmış pozulmalardan biridir.
Qaraciyərin piylənməsi insanın həyatı üçün təhlükə yaratmasa da, sirroz və xərçəngi kimi sağalmaz xəstəliklərin inkişafına şərait yaradır.
Qaraciyər piylənməsindən əziyyət çəkənlərin sayı ildən ilə artır. Alimlərin fikrinə görə, bu pozulmanın əsas səbəbləri arasında spirtli içkilərin qəbulu, qeyri-sağlam qidalanma və piylənmədir.
Realpress.az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimlərinin fikrinə görə, qaraciyər piylənməsinin riskini azaltmaq üçün qidalanmaya zeytun yağından daha çoz istifadə etmək lazımdır. Alimlərin fikrinə görə, bu məhsul nəinki qaraciyər piylənməsinin qarşısını alır, həmçinin artıq mövcud olan piylənmənin simptomlarını azaldır.
Omeqa-3 faydalı yağlı turşularla zəngin olan zeytun yağı qanda lipidlərin səviyyəsini azaldır, artıq çəki yığılmasının qarşısını alır, qaraciyər fermentlərinin səviyyəsini aşağı salır ki, bu da qaraciyər piylənməsinin riskini azaldır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.