ABŞ birjası çökdü

ABŞ birjası çökdü
11 Okt 2018 16:36

ABŞ-ın 10 illik istiqrazının faizinin 3.23%-ə yüksəlməsi və Çinlə davam edən “ticarət müharibəsi”nə dair narahatlıqların yenidən artması nəticəsində ABŞ şirkətlərinin səhmlərində böyük ucuzlaşma baş verib. 

Realpress.az xəbər verir ki, Nyu-York birjası son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi 4%-dən çox düşərək son iki ilin, “Dow Jones” və “Standard & Poor's 500” indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək, son səkkiz ayın ən böyük itkilərini veriblər.

Bunların arasında ən böyük zərərlə NASDAQ indeksi üzləşib. Çünki bu indeks ABŞ-ın yüksək texnologiyalı aparıcı şirkətlərinin səhmlərini əhatə edir. Ticarət əməliyyatlarının nəticəsinə görə, NASDAQ 4,08 faiz çökərək, 7 422,05 bəndə qədər geriləyib. Fond bazarının silkələnməsi 2018-ci ilin fevralından bəri yenidən rekord düşmə göstərib.

Bazarın çökməsində əsas drayver rolunu Çindən gətirilmiş çiplər oynayıb. ABŞ şirkətləri və dövlət orqanları hesab edirlər ki, onlarda casusluq qurğuları olub. Bu çiplər haqqında “Apple” və “Amazon” kimi ABŞ nəhəngləri məlumat veriblər. 

Bazara olan təzyiqlərdən başqa, analitiklər hesab edirlər ki, ticarət müharibəsi nəticəsində şirkətlərin gəlirləri azalacaq və bu da səhmlərin ucuzlaşmasına səbəb olacaq, nəticə isə özünü fond indekslərində göstərəcək. 

Digər amillərdən biri isə ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini qaldırmaq cəhdləri ilə bağlıdır. Bu, ABŞ şirkətləri üçün borc alətlərini daha əlçatmaz səviyyəyə qaldıra bilər. 



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.