Kompüterlər bazarında yenidən azalma qeydə alınıb

Kompüterlər bazarında yenidən azalma qeydə alınıb
12 Okt 2018 10:24

Dünya kompüterlər bazarında yenidən azalma müşahidə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki,  “International Data Corporation” (IDC) şirkəti analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ilin üçüncü rübündə fərdi kompüter, noutbuk və işçi stansiyalarının qlobal tədarükü 67,4 milyon ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz azdır. Halbuki ekspertlər tərəfindən azalmanın 3 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb.

Tədqiqatda qeyd olunur ki, kompüter sahəsi 2017-ci ildən stabilləşməyə başlayıb. Bu ilin ikinci rübündə hətta cüzi - 2,7 faiz artım qeydə alınıb. Buna əsas töhfəni inkişaf etmiş ölkələr verdiyi halda inkişaf etməkdə olan ölkələrin bazarlarında kompüter texnikasına tələbatı azaldan valyuta məzənnələrinin dəyişməsi və siyasi-iqtisadi amillərlə əlaqədar müəyyən maneələr mövcuddur.  

Dünya fərdi kompüterlər bazarında ən böyük istehsalçı cari ilin üçüncü rübündə payı 24 faizə çatan “Lenovo” olub. Şirkətin bir il əvvəl pay göstəricisi 22,5 faiz təşkil edib. Çin istehsalçısı avadanlığın tədarükünü 5,8 faiz artırıb. Ondan sonrakı pillədə qərarlaşan “HP Inc.” şirkəti 0,3 faizlik artım nümayiş etdirib və illik hesablamada bazar payını artıraraq 22,8 faizə çatdırıb. İstehsalçının kompüter satışında isə artıq ardıcıl onuncu rübdür artım qeydə alınır.

Liderlər üçlüyünü 17 faiz payla “Dell” tamamlayıb. Şirkət kompüter tədarükünü 5,8 faiz artırıb. Dördüncü yeri tutan “Acer” fərdi kompüterlərin satışını 8,5 faiz çoxaldıb. “Apple” kompüterlərinin satışı isə azalıb.   

Analitiklər diqqəti “Lenovo” şirkətinin mövqeyini “Fujitsu” ilə yaradılan birgə müəssisə hesabına möhkəmlətməsinə yönəldirlər. Bundan başqa, tərəfdaşlıq strategiyasının yenilənməsi və daha stabil idarəetmə sayəsində “Lenovo” Şimali Amerikada göstəriciləri yaxşılaşdıra bilib.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.