Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda təmsil olunacaq

Azərbaycan Tayhu Dünya Mədəniyyət Forumunda təmsil olunacaq
13 Okt 2018 11:49

Oktyabrın 17-19-da Çinin paytaxtı Pekində 5-ci Tayhu Dünya Mədəniyyət Forumu keçiriləcək.

Realpress.az AZƏRTAC-a istinadla xəbər verir ki, Çində bu növ ən böyük tədbir olan Tayhu Forumunda mədəni mübadilə vasitəsi ilə birgə gələcəyin qurulması yollarına dair fikir mübadiləsi aparılacaq.

Ümumilikdə mindən çox nümayəndənin iştirak edəcəyi tədbirdə bir neçə ölkə, o cümlədən Azərbaycan rəsmi şəxslərdən, elm adamlarından ibarət nümayəndə heyəti ilə təmsil olunacaq.

Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr təşkil olunacaq.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.