Daha bir bulvar salınır – BU DƏFƏ MASALLIDA -  FOTO

Daha bir bulvar salınır – BU DƏFƏ MASALLIDA - FOTO
14 Okt 2018 23:59


Sovetlər dövründən son illərə kimi bulvar deyiləndə gözümüz önünə yalnız Xəzərin sahilində, yəni, paytaxt Bakıdakı bulvar gəlirdi.

Digər bölgələrdə bulvar-park komplekslərinin salınması təsəvvürə belə gətirilmirdi.

Amma müstəqil dövlət olmanın üstünlüklərindən biri də budur ki, Azərbaycanda ağıla  və təsəvvürə gətirilməyən bir çox məsələlər, layihələr məhz son illərdə gerçəkləşdirilməyə başlanılıb.

Bu da təbii ki, Azərbaycan dövlətinin gücü, iradəsi və iqtisadi inkişafı ilə birbaşa bağlı olan məsələdir, məhz onun göstəricisidir.

Qeyd edək ki, Bakıdakı Dənizkənarı Bulvarın davamı olaraq, artıq bəzi bölgələrimizdə-dənizə və çaylara yaxın olan yaşayış məntəqələrimizdə də bulvar-park komplekslərinin yaradılmasına start verilib.

Bunlar arasında ilk olaraq, Mingəçevir  sahilkənarı bulvar kompleksini göstərmək olar.

Həmin kompleks el arasında “Mingəçevir dənizi” kimi adlandırılan Mingəçevir su anbarı boyunca salınıb


Həmçinin, Kür çayının Yevlax rayonu ərazisindən keçən yerində, çayın sahilində belə bir bulvar kompleksi yaradılıb və sakinlərin istifadəsinə verilib.

Ərazisi 8,2 hektar, uzunluğu 2500 metr olan bulvar kompleksinin bir hissəsi estakadalarda Kür çayının üzərindədir.

Bulvar kompleksində inşa edilən 22 fəvvarə və şəlalə bura gələnlərin zövqünü oxşayır.

Bulvarda xidmət obyektləri, ana və uşaq otağı, uşaq əyləncə mərkəzi, attraksionlar, idman meydançaları yaradılıb, çimərlik salınıb.

Vətəndaşların istirahəti üçün burada axşamlar konsert proqramları, Kür çayında kater gəzintisi də təşkil edilir.

Bundan əlavə bir müddət öncə Astaranın Xəzər dənizi sahillərində son dərəcədə müasir  və göz oxşayan bulvar-park kompleksi tikilib, istifadəyə verilib.

Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanılıb və 2015-ci ildə tikinti-quraşdırma işləri başa çatdırılıb.

2016-cı ildə isə yerli sakinlərin istifadəsinə verilib.

Kompleks Astara şəhərinin Xəzərin sahili boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir.

Burada park-bulvarın sahəsi altı hektar, çimərliyin sahəsi iki hektardır. Bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib.

Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb

Bu günlərdə Oxu.Az-ın Masallıda olan müxbiri həmin rayonun mərkəzində, Viləş çayı kənarında da bulvar kompleksinin salınmasının şahidi olub.

Yəni, masallıların da öz “Bakı bulvarı” olacaq.

Artıq xeyli müddətdir ki, bulvarın tikintisi üzərində işlər gedir.

Bu ilin sentyabr ayının 18-də Masallı rayonunda səfərdə olan və bir çox açılışlarda iştirak edən ölkə prezidenti İlham Əliyev Masallı bulvarındakı işlərin gedişatı ilə yaxından maraqlanıb, öz tapşırıq və göstərişlərini verib.

Rayon mərkəzində salınan bulvar təxminən iki kilometr uzunluğunda olacaq.

Bulvarın yaxın aylarda tamamlanması və istifadəyə verilməsi gözlənilir.

Realpress.az

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.