Əsnəmək nədir?

Əsnəmək nədir?
15 Okt 2018 11:20

Əsnəmək orqanizmin fizioliji və psixoloji bir vəziyyətidir. Bu xəstəlik sayılmır. Əvvəllər yorğunluğun və yuxusuzluğun əlaməti kimi qəbul olunan əsnəmək, uzun illər alimlərin apardığı araşdırmalarda tam əksini tapmışdır. Belə ki, alimlər bunun əksini söyləyirlər. Məsələn, uzun müddət fikrini dərsinə verib çalışan şagird əsnəmir, ancaq kənarda işsiz və onunla eyni yaşda olan çalışmayan şagird əsnəyir. Yəni əsnəməyin zehni və fiziki işlə heç bir əlaqəsi yoxdur.
Əsnəmək zamanı ağız böyük açılaraq çoxlu miqdar havanı daxilə çəkməklə beyinə daha çox oksigen ötürür. Əsnəməyin müddəti 6 saniyədən çox olmur. Əsnəmək xəstəlik deyildir, amma o yoluxucudur. Qarşısındakının əsnədiyini görən digər adamı da əsnəmək tuta bilir. Hətta bəzi insanlar vardır ki, onlar əsnəmək barədə danışanda, oxuyanda belə əsnəyirlər.
Uzun illər əsnəmək barədə alimlər araşdırmalar aparsalar da, hələlik onun haqqında elmə dəqiq məlumatlar daxil olmayıb.
Amerikanın Arizona Universitetinin alimləri əsnəməyin beyində artan temperaturun artması üçün orqanizmin meydana gətirdiyi fizioloji hal olduğunu söyləyirlər. Onların apardığı araşdırmalar insanların qış mövsümündə daha çox əsnədiklərini sübüt edib. Bu hava ilə əlaqədar olaraq beynin temperaturunun az miqdar da olsa, düşməsi və yenidən beynin öz istilik miqdarını artırmağa çalışmasıdır ki, əsnəməklə özünü biruzə verir.

Realpress.az


28 Fev 2024
Maraqlı

Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

20 Fev 2024
Maraqlı

Günəşdən daha parlaq cisim kəşf edilib

Avstraliya və Çilidən olan bir qrup elm adamı Çilidəki Atakama səhrasında teleskopların köməyilə apardıqları müşahidələr nəticəsində "J0529-4351" adlı son dərəcə parlaq və kütləvi kvazar ( Kvazi ulduzlar və ya kvazarlar-müşahidə olunan kainatın ən parlaq obyektləridir ) haqqında təəccüblü təfərrüat aşkarlayıblar.

16 Fev 2024
Maraqlı

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib.

12 Yan 2024
Maraqlı

Günəşin kənarında güclü püskürmənin möhtəşəm görüntüsü qeydə alındı - VİDEO

Günəşin kənarında hələ nömrələnməmiş yeni günəş ləkələri qrupunda M1.94 sinifli püskürmə baş verib.