Çingiz Abdullayev: Hər kəs ana dilində oxumalı və danışmalıdır - ÖZƏL

Çingiz Abdullayev: Hər kəs ana dilində oxumalı və danışmalıdır - ÖZƏL
15 Okt 2018 12:10


İnanmıram ki, kimsə Azərbaycanda təhsilin, xüsusilə orta məktəblərdə təhsilin ana dilində, dövlət dilində olması fikri, mövqeyi ilə razı olmasın. Mən şəxsən inanmıram ki, kimsə buna etiraz etsin və ya onu başqa səmtə yozsun. 

Bunu Realpress.az-a eksklüziv açıqlamasında Xalq yazıçısı, Yazıçılar Birliyinin (AYB) katibi, hüquq elmləri doktoru Çingiz Abdullayev dilə gətirib.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi dövlət dili Azərbaycan dilidir və ilkin təhsil, tədris də məhz bu dildə olmalıdır:

“Kimsə bunun əleyhinə çıxa bilməz və çıxmamalıdır. Düşünmürəm ki, kimsə əks mövqedə olsun. Dövlət varsa, onun rəsmi dövlət dilində danışılmalı, təhsil bu dildə olmalıdır. Burada ikinci mövqe ola bilməz.

Bununla belə, kim istəyirsə, başqa dilləri öyrənə, mənimsəyə bilər, burada problem olmamalıdır və əslində, yoxdur”.

Xalq yazıçısı mühüm bir məqama diqqət çəkərək bildirib ki, bu gün bütün sənədləşmələr, bütün yazışmalar, insanlarla bağlı olan bütün sənədlər, aktlar dövlət dili olan Azərbaycan dilindədir:

“Əgər hansısa şəxs, hansısa insan Azərbaycan dilini, öz ana dilini bilməsə, o, sənədləri necə oxuyacaq, onu necə başa düşəcək, mənimsəyəcək? Bunun üçün məhz ana dilini bilməsi, ana dilində təhsil alması lazımdır. Bu məsələdə heç bir problem yoxdur və ola bilməz. Yenə də inanmaq istəmirəm ki, kimsə buna etiraz etsin. Ancaq bununla belə, başqa dilləri öyrənmək, o dillər də danışmaq da hər kəsin hüququdur.

Nə qədər xarici dil bilənlərimiz çox olsa, o qədər yaxşıdır”, - deyə, Ç.Abdullayev əlavə edib.


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.