Boğub yerə saldım, sonra çəkiclə vurdum– Nənəsini öldürən qızın ETİRAFI – VİDEO

Boğub yerə saldım, sonra çəkiclə vurdum– Nənəsini öldürən qızın ETİRAFI – VİDEO
15 Okt 2018 12:18

Nənəsini öldürən gənc qız cinayət hadisəsi barədə danışıb. 

Realpress.az-in məlumatına görə, 15 il həbs cəzası verilən Reyhan Davudova nənəsini öldürməsindən danışıb: 

“Şəki şəhərində anadan olmuşam. Atamla anam ayrılıblar. Atamın himayəsində olmuşam. 26 yaşımda 1-ci dəfə tutuldum. Əynimdə hərbi forma var idi. Sənəd istədilər. Gətirdilər polis şöbəsinə, ordan da aparırdılar psixiatriya xəstəxanasına. 1-2 gündən sonra baxırdılar ki, heçnəyim yoxdur buraxırdılar. Sonra özümdə problemlər, tutulmalar yaranırdı. Özümü ələ alırdım.

Qorxurdum ki, nəsə hadisə törədə bilərəm. Özüm həkimə müraciət edirdim. Deyirdilər keçicidir. Gündüzlər nənəmin yanında olurdum. Nənəm məndən qorxurdu ki, nəsə hadisə olar. Mən hicabda olurdum. Namaz qılmağa, mağazaya gedəndə, mənə başqa cür yanaşırdılar. Anamı təhqir edirdi ki, əxlaqsızsız. Mənim də xoşuma gəlmirdi”.

Məhkum daha sonra qətli törətdiyi həmin gecədən danışıb:

“Həmin sözləri dedi, təhqir etdi. Mən də dispanserdən gəlmişdim. Çərçivədən çıxaraq təhqir etdi. Mən də özümü ələ ala bilmədim, onu boğaraq qətlə yetirdim. Boğulmuş vəziyyətdə idi. Mən də çəkdim saldım yerə, çəkiclə vurdum. Özümü cilovlaya bilmədim. Burada cavanlığım gedir. Əsas anadır. Anam tutularkən özü dalımca gəldi.

Özüm polis şöbəsinə gedib təslim oldum. Nənəmin 10500 pulu, 1 kiloya yaxın qızılın gətirdim. Elə şeyə görə qətl törətməzdim. Gələrlər ki, evdə meyit var, onları oğurlayarlar üstümdə qalar. Bunları təhvil verdim ki, bunlara görə törətməmişəm. Məhkəmədə mənə hökm oxundu. Dedilər son sözün nədir? Dedim ki, yalnız dayımdan üzr istəyirəm. Heç kim yanıma gəlib-getmir. Təkcə dayımın gəlməsini istəyərdim”.


21 Fev 2022
Kriminal

Ələtdə 6 min manata “Kalaşnikov” satmaq istəyən şəxs SAXLANILDI - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

18 Fev 2022
Kriminal

Baş Prokurorluq protest verdi: Məhkəmə zalından azad olunan şirkət rəhbərinin işinə yenidən baxılacaq

Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb. 

14 Fev 2022
Kriminal

Həftəsonu yol qəzalarında səkkiz nəfər ölüb

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

10 Fev 2022
Kriminal

Gürcüstanda azərbaycanlı yeniyetmə qətlə görə mühakimə olunacaq

Gürcüstanın Marneuli rayonunda 30 yaşlı Əli İsmayılovu qətlə yetirən 17 yaşlı yeniyetmənin Amil Məmmədov olduğu məlum olub.