Fransada tanınmış şair Nazim Hikmətin oğlu Mehmet Nazim 67 yaşında vəfat edib.
Realpress.az xəbər verir ki, bununla bağlı “Hurriyet” nəşri məlumat yayıb.
Bildirilir ki, Mehmet Nazimin ölüm xəbərini dostu Utku Varlık sosial şəbəkədə yayıb.
Nəşr qeyd edir ki, 1950-ci ildə həbsxanadan çıxan Nazim Hikmət Münəvvər Andaçla tanış olub. 1951-ci ildə onların Mehmet adlı oğlu doğulub. Uşaq üç aylıq olan zaman Nazim Hikmət Türkiyəni tərk edib. Bu səbəbdən Mehmet Nazim heç vaxt atası ilə bağlı açıqlama verməyib.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.