34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı cərrah Taryel Ömərovun barəsində araşdırma başladı

34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı cərrah Taryel Ömərovun barəsində araşdırma başladı
15 Okt 2018 15:45

Səhiyyə Nazirliyi “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan 1 ay sonra dünyasını dəyişmiş 34 yaşlı Samir Dəmirovun ölümü ilə bağlı araşdırmaya başlayıb.

Realpress.az xəbər verir ki, bunu virtualaz.org-a nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. 

Onun sözlərinə görə, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır.

Mərhumun yaxınları, eləcə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. S.Əhmədova deyib ki, araşdırma bitəndən sonra nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Taryel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Virtualaz.org-a müraciət edən yaxınları mərhumun həkim səhvi nəticəsində dünyasını dəyişdiyini iddia etmişdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılır.


29 Mar 2024
Cəmiyyət

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTO

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləri davam etdirir. 

29 Mar 2024
Cəmiyyət

Qalaktikamızdakı qara dəliyin yeni görüntüsü (FOTO)

Event Horizon Teleskopu (EHT) Süd yolu qalaktikasında yerləşən Sagittarius A* (Oxatan A*) qara dəliyinin aydın fotosunu paylaşıb.

29 Mar 2024
Cəmiyyət

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüşüb.

29 Mar 2024
Cəmiyyət

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

29 Mar 2024
Cəmiyyət

Sabah 25 dərəcə isti olacaq

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.