Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı - VİDEO + YENİLƏNİB

Bakıda tikinti işləri zamanı ətrafa toz-duman qalxdı - VİDEO + YENİLƏNİB
15 Okt 2018 17:25


Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayan işçilər cəzalandırılıb.

Bu barədə realpress.az-a şirkətdən məlumat verilib.

Şirkətdən qeyd edilib ki, hündürmərtəbəli yaşayış binasının tikintisi zamanı fəhlələrin işə məsuliyyətsiz yanaşması nəticəsində ikinci mərtəbədən yük maşınına atılan tullantılar nəticəsində ətrafa toz-dumanın yayılmasının qarşısı alınıb:

“Həmən fəhlələr şirkət rəhbərliyi tərəfindən cəzalandırılıb”.

14 oktyabr, 13:16 

Paytaxtın Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasının tikintisi çərçivəsində aparılan işlər zamanı ətrafa toz-duman yayılıb.

realpress.az xəbər verir ki, vətəndaşlar bildirib ki, tikinti şirkətinin işçiləri tikilməkdə olan binada yığılan qum və digər tullantıları ikinci mərtəbədən ərazidə olan yük maşınına doldurmağa çalışıblar. 

Elə bunun nəticəsində ətrafı toz-duman bürüyüb.

Vətəndaşlar sözügedən faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat veriblər.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.