Bakıda gecə küçədən körpə qız tapılıb - Onu itlər parçalayacaqdı (FOTO+VİDEO)

Bakıda gecə küçədən körpə qız tapılıb - Onu itlər parçalayacaqdı (FOTO+VİDEO)
16 Okt 2018 11:20

Bakıda gecə saatlarında küçə itləri tərəfindən parçalanma təhlükəsiylə üz-üzə qalan körpə qız uşağı tapılıb. 

Realpress.az xəbər verir ki, uşaq Azərbaycan Uşaqlar Birliyinin Sığınacağına yerləşdirilib. 

 Sığınacağın koordinatoru Vasif Akifli uşağın kimliyini müəyyən etmək və ailəsini tapmaq üçün Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramına müraciət edib. 

 Efirə çıxarıldıqdan sonra uşaq haqqında məlumatlar əldə edilib. Balaca qızcığazın 2 yaşlı Lalə olduğu və qaraçı ailəsinə məxsus olduğu bəlli olub. 

 Özünü nənəsi kimi təqdim edən qadın, Lalənin anasının dəli olduğu üçün uşağa baxmaq məcburiyyətində olduğu deyib. 


Lalənin nənəsi və qohumu uşağın oğurlanaraq dilənmək məqsədilə küçəyə atıldığını iddia edir. Onların bu iddiası bu gün "Səni axtarıram"da araşdırılacaq. 

Artıq məsələ ilə bağlı hüquq mühafizə orqanları da iş aparır. 

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə Lalənin ailəsinə qaytarılmayacağını deyir: "Yox, əsla düşünməyin ki, bu körpə ailəsinə qaytarılacaq! Laləni nəzarətsiz qoyduqlarına görə cavab verəcəklər"! 


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.